Mövlud Çavuşoğlu və Hulusi Akar da parlamentari oldular

Türkiyədə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən “Cümhur İttifaqı” parlamentdə 316 millət vəkili ilə təmsil olunacaq.
“Cümhur İttifaqı”nı Türkiyə parlamentində təmsil edəcək siyasətçilər arasında xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar da var.
Türkiyə parlamentində təmsil olunacaq digər tanınmış şəxs vitse-prezident Fuat Oktaydır.
Eyni zamanda, Türkiyənin daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, əmək və sosial müdafiə naziri Vedat Bilgin də deputat seçiliblər.
Mənbə: Trthaber