Türk xalqının seçiminə hörmət edirik - Peskov

Kremlin sözçüsü, Dimitri Peskov mətbuata açıqlamasında Türkiyədəki seçkilər barədə danışıb.
Bakupost.az xəbər verir ki, o, Rusiya ilə Türkiyənin bir çox sahədə əməkdaşlığına görə Türkiyədəki seçkiləri maraqla izlədiklərini ifadə edib:
“Türk xalqının seçiminə hörmətlə yanaşırıq və hörmətlə yanaşacağıq. İstənilən halda əməkdaşlığımızın davam edəcəyini, dərinləşəcəyini və genişlənəcəyini gözləyirik. Biz Türkiyə ilə enerji, turizm, ticarət, kənd təsərrüfatı və yol nəqliyyatı kimi müxtəlif sahələrdə geniş spektrli qarşılıqlı faydalı əməkdaşlıqda həmrəyik".
O həmçinin, sözügedən əməkdaşlığın türk və rus xalqlarının maraqları istiqamətində inkişaf etdiyini vurğulayıb.
Türkiyənin demokratiyaya sahib olduğunu qeyd edib.
“Türkiyə güclü, suveren bir ölkədir. Təbii ki, şəffaf və demokratik seçkiləri təmin edən, hər cür qanunsuz hərəkətlərin qarşısını ala bilən bir dövlətdir”.