Qadınlar ilk dəfə millət vəkili seçildi - Seçkilərdə ilklər yaşandı

Ötən gün Türkiyədə keçirilən parlament seçkilərində bəzi ilklər və sürprizlər yaşanıb.
Bakupost.az "Posta"ya istinadən xəbər verir ki, builki seçkidə bəzi şəhərlərdə qadınlar ilk dəfə millət vəkili seçilib.
Həmçinin, Cümhuriyyət Xalq Partiyasının nümayəndələri illər sonra Nevşəhir və Girəsundan millət vəkili seçilib.
Bundan başqa, Nevşəhirdə seçilənlərdən 2-si Ədalət və İnkişaf Partiyasından, 1-i isə Milliyyətçi Hərəkat Partiyasındandır. MHP-nin sədr müavini Filiz Kılıç 20,5 faiz səs toplayaraq şəhərin ilk qadın deputatı seçilib.
Cümhuriyyət Xalq Partiyasından namizədliyini irəli sürmüş Elvan İşıq Gezmiş isə 20 faiz səslə Girəsunun ilk qadın millət vəkili seçilib.
Həmçinin, Cümhuriyyət Xalq Partiyası 43 ildən sonra Rizədən bir millət vəkili (21,4 faiz səs toplayan inşaat mühəndisi Tahsin Ocaklı) çıxara bilib.
2015-ci ildən bəri Ərzincandan deputat seçdirə bilməyən Cümhuriyyət Xalq Partiyası bu dəfə oradan parlamentə deputat göndərıcək.
CHP siyahısından namizəd olan Türkiyə Dəyişiklik Partiyasının sədri Mustafa Sarıgül 36,2 faiz səs toplayıb. Seçkidə diqqəti çəkən detallardan biri də CHP-nin Diyarbəkirdən 21 ildən sonra ilk dəfə millət vəkili seçməsi olub.
2018-ci ildə İstanbuldan seçilən diyarbəkirli millət vəkili Sezgin Tanrıkulu bu dəfə məmləkətini təmsil edəcək.