Zelenski Ərdoğanla nə danışdığını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ona Kaxovka SES-in bəndinin dağıdılması və suyun ətrafa yayılmasının nəticələrinin aradan qaldırılması üçün tələb olunan şeylərin siyahısını açıqlayıb.


Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz tviter səhifəsində paylaşım edib.

“Fəlakətin nəticələrini aradan qaldırmaq üçün Ukraynanın təcili ehtiyac duyduğu şeylərin siyahısını onlara təqdim etdik”, - Ukrayna dövlət başçısı yazıb.


Zelenski deyib ki, o, Ərdoğana Kaxovka SES-in dağıdılmasının humanitar və ekoloji nəticələri və bununla bağlı Zaporojye AES üçün yaranmış risklər barədə də danışıb.