Ermənistan Prezidenti: "Ankara ilə danışıqları bərpa etməyimizə şadam”

“İllər sonra Ankara ilə danışıqları bərpa etməyimizə şadam”.

“Report” xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La-Republica” qəzetinə müsahibəsində bildirib.

“Biz müharibəyə deyil, regional bərabərliyə və sülhə cəhd etməliyik”, - o qeyd edib.

Xatırladaq ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İtaliyada işgüzar səfərdədir.