Ermənistan Laçın sərhədində  işin tam bərpasına mane olur - Ceyhun Bayramov

Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsinin işinin tam şəkildə bərpasına mane olur.

Trend-in məlumatına görə, bu, xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda deyilir.

"Azərbaycanın Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə danışıqlara dair ardıcıl çağırışlarına baxmayaraq, Ermənistan insidentlərin təkrarlanmayacağına dair təminat verməkdən imtina etməklə yanaşı, həm də Laçın sərhəd-buraxılış məntəqəsinin işinin tam bərpasına mane olur. İnsanların, yüklərin və xidmətlərin fasiləsiz transsərhəd keçidini təmin etmək üçün Azərbaycanın Ermənistana sərhəd və gömrük orqanları vasitəsilə əməkdaşlığa dair ardıcıl çağırışları da cavabsız qalıb", - məktubda deyilir.