Ərdoğanla Putin bu məsələləri müzakirə edə bilər - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Avqustun 2-də telefon danışığı olacaq. 

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. 

Gözlənilən telefon danışığını "Sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, bir sıra məsələlər müzakirə oluna bilər:   

 "Qara dəniz hövzəsində, Cənubi Qafqazda, Suriya və yaxın Şərqdəki vəziyyət, taxıl sazişinin gələcəyi, Rusiya-Ukrayna müharibəsində Türkiyənin vasitəçiliyi müzakirə oluna bilər. Bəzi məsələlərdə tərəflərin fikir ayrılığı müşahidə olunur. Bu fikir ayrılığı bir çox hallarda toqquşmalara gətirib çıxarır. Bu ziddiyyətlərin aradan qaldırılması üçün tərəflərin görüşü vacibdir. Baxmayaraq ki, son həftələr Rusiya və Türkiyə münasibətlərində gərginliyə səbəb olan məqamlar var idi. Buna rəğmən tərəflərin bir-biri ilə görüşmək istəyi ondan xəbər verir ki, münasibətləri idarə olunmaz vəziyyətə gətirmək istəmirlər. Hər iki ölkə lideri proqnazlaşdırılan danışıq aparmaq niyyətindədir".

Şahanə Tağızadə