Krımın Rusiya tərəfindən ilhaqını tanımırıq - Ərdoğan

Türkiyə Krımın Rusiya tərəfindən ilhaqını tanımır və bunu qeyri-qanuni hesab edir.

Bakupost.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevdə keçirilən Üçüncü Krım Platforması Zirvə görüşünə videomüraciətində yer alıb.


Türkiyənin dövlət başçısı bildirib: “Krımın yerli xalqlarından biri və bizimlə eyni kökdən olan Krım tatarlarının təhlükəsizliyini və rifahını təmin etmək bizim prioritetlərimizdəndir”.




Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin bitməsinin və Qara dəniz hövzəsində sülhün və sabitliyin bərpasının təkcə regiona deyil, bütün dünyaya rahatlıq gətirəcəyini də deyib.