Ukrayna Qərbdən 30 milyard dollara yaxın maliyyə yardımı alıb

Ukrayna bu ilin əvvəlindən Qərb ölkələrindən 30 milyard dollara yaxın maliyyə yardımı alıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasında bildirib.

“Biz artıq Ukraynaya dəstək üçün 30 milyard dollara yaxın vəsait toplaya bilmişik”, - o vurğulayıb.

Bundan əvvəl Baş nazir 2023-cü ildə Ukrayna büdcəsinin hərbi xərclərinin 48,7 milyard dollara çatacağını bildirmişdi.

Ukraynanın bu il dövlət büdcəsində 38 milyard dollar məbləğində rekord kəsiri yaranıb. Prezident Volodimir Zelenski də ümidvardır ki, Qərb Kiyevin büdcə kəsirinin aradan qaldırılmasında kömək edəcək.