NATO rəsmisi: "Alyans 15 ildir Rusiya ilə qarşıdurmaya hazırlaşır"

“NATO getdikcə aqressivləşən Rusiya ilə qarşı-qarşıya gəlməyə hazırdır. NATO Rusiya ilə qarşıdurmaya əvvəldən hazırlaşır - Ukraynada müharibə başlamasından 14 il əvvəl".

“Report” xəbər verir ki, bunu Alyansın Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.

“Bizim Rusiyaya qarşı hərbi planlarımız 4,5 min səhifəyə çatır”, - o bildirib.

R.Bauer, həmçinin, 2008-ci ildə baş vermiş Rusiya - Gürcüstan müharibəsini, 2014-cü ildəki Rusiya - Ukrayna müharibəsini xatırladıb: “15 ildən artıq NATO ilə Rusiya arasında tərəfdaşlıq olub. Sonra isə hər şey dəyişib”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən ilin fevral ayında başlayıb.