Hakan Fidan HAMAS-ın siyasi bürosunun rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün HAMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xairici İşlər Nazirliyi məlumat yayıb.

Danışıq zamanı H. Fidan Fələstindəki son hadisələri və mülki şəxslərin azad edilməsi imkanlarını müzakirə edib.