Azərbaycan heç kəsi qovmur  - Rəqəmlər həqiqəti əks etdirmir

Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan hazırda heç bir ölkənin İravana hörmət etmədiyini bildirib:

Avropa Şurası Parlament Assambleyasının qətnamələri, bəyanatları sadəcə gözəl sözlərdir. Qətnamə yaxşı haldır, sərt ifadələr oldu, amma, bu, heç nə gətirməyəcək, çünki Avropanın Azərbaycana qarşı heç bir sanksiya tətbiq etməyəcəyi barədə bəyanat var idi. Düşünürəm ki, bu sadəcə bir düstur olaraq qalacaq, həmişəki kimi gözəl sözlər, başqa heç nə.

3 il əvvəl və indi də tək idik. Hamı ilə münasibətləri pozduq. Bizə heç kim hörmət etmir, başqa ölkələrə heç bir fayda verməmişik. Düşünürəm ki, bu, sadəcə olaraq, bir növ mənəvi məmnunluq məsələsi olacaq, çünki biz 100 il soyqırımı tanımaq üçün çalışmışıq. İndi Qarabağ ermənilərinin “deportasiyası” məsələsini gündəmə gətirməyə çalışacağıq, bəlkə daha 100 il ərzində bunu edəcəyik. Bu bizim sevimli işimizdir

Artur Xaçikyanın sözlərini “Sherg.az”a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, dünyada və Cənubi Qafqazda erməni faktoru artıq sona çatıb. 

“Prezident İlham Əliyev Xankəndində bayraq ucaltmaqla erməni və ermənipərəst qüvvələrin dəstəklədiyi layihəni tamamilə sıradan çıxarmış oldu. Bundan sonra ermənilər nəyə cəhd etsələr, uğursuzluqla üzləşəcəklər. Hazırda Ermənistana çox güvəndikləri Fransa belə səmimi şəkildə dəstək vermir. Dəstək verirmiş kimi görünən ölkələrinsə, öz maraqları var. Ermənistandan bir vasitə kimi istifadə edirlər. Ermənistana canı yananlıq göstərən heç bir ölkənin əsl məqsədi ermənilərin problemlərini həll etmək deyil”. 
Politoloq yaxın zamanlarda erməni diasporunundan zəifləyərək sıradan çıxacağını vurğulayıb:

“Erməni diasporunu birləşdirən əsas məsələ Qarabağ idi. Qarabağ mövzusu da birdəfəlik gündəmdən çıxarıldı. Bundan sonra ermənilər ancaq güclü Azərbaycanın siyasi iradəsini öz üzərlərində hiss edəcəklər. Yalan, böhtan, propaganda ermənilərin sevimli işidir. 100 il bundan öncə bunu etmək çox rahat idi. Amma indi dövr dəyişib. Müasir texnologiyaların və internetin sayəsində erməni yalanları və propagandalarını vasitəsilə üzə çıxarmaq asanlaşıb. Ermənilər bundan sonra dünyanı aldadıb, türk xalqlarına böhtan atmaq bacarıqlarını istifadə edə bilməyəcəklər. Deportasiya məsələsi də  tamamilə yalandır. Azərbaycan heç kəsi qovaraq çıxarmır. Azərbaycan bayrağı altında yaşamaq istəməyənlər öz istəkləri ilə çıxıb gedirlər. Yaydıqları rəqəmlər də həqiqəti əks etdirmir. Azərbaycan tərəfi yaxın günlərdə əsl rəqəmləri açıqladıqda  ermənilərin növbəti yalanı ortaya çıxmış olacaq”.