Rusiya qərb ölkələri ilə sərhədlərini gücləndirir

Rusiya qərb ölkələri ilə sərhədlərini gücləndirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya və Belarus Müdafiə nazirliklərinin kollegial iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu, Qərbə cavabdır: “Qərb Ukraynaya yüksək dəqiqlikli silahlar və F-16 qırıcıları verir. ABŞ beynəlxalq konvensiyaları pozur, Ukraynaya kasetli sursatlar göndərir. Biz də buna cavab olaraq, qərb sərhədlərimizi gücləndiririk”.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ukraynaya “Leopard” tankları və ATACAMS ballistik raketləri göndərməsi barədə məlumat yayılmışdı.