Qərbin riyakarlığı-ANALİTİK TƏHLİL

Azərbaycan uzun illərdir ABŞ-ın və ümumilikdə Qərbin geosiyasi oyunlarından və qərəzli yanaşmasından əziyyət çəkir. Belə ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən ABŞ Konqresi ilk dəfə 1992-ci ildə Azərbaycana təhlükəsizlik yardımının qarşısını aldı. Düzəlişin qəbuluna əsas olaraq Azərbaycanın guya Ermənistanı blokadaya alması və Qarabağa qarşı güc tətbiq etməsi göstərilirdi. Halbuki həmin dövrdə təcavüzkar Ermənistan tərəfi idi və müharibə Azərbaycan torpaqlarında gedirdi. Bundan əlavə, Azərbaycan Ordusu uğurlu hücum həyata keçirirdi. Lakin ABŞ bütün ehtimalları nəzərə alaraq işğalçı dövlətə hər hansı təzyiq göstərmək bir yana, Azərbaycan torplaqlarının işğal olunmasına və əhalinin soyqırımına məruz qalmasına bir növ dəstək verdi. Bununla da ərazisi işğal olunan Azərbaycan “907-ci düzəliş”in qəbulu ilə postsovet respublikaları arasında ABŞ yardımlarından məhrum edilmiş yeganə ölkəyə çevrildi. Nəticədə isə Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın 7 ətraf rayonunun işğal etdi, 1 milyondan çox azərbaycanlını ağır şərtlər altında yaşayan qaçqın və məcburi köçkünə çevirdi, həmçinin Naxçıvanı blokadaya düşdü. Ermənistan Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlarda həmişə ittiham etməyə çalışır ki, Azərbaycan Ermənistana blokadaya salır. Amma əslində belə deyil. Uzun illər ərzində Naxçıvan blokada şəraitindədir və blokada bu gün də davam edir. Üstəlik, Ermənistan BMT qətnamələri ilə işğalçı ölkə kimi təsbit edilməsinə baxmayaraq, ABŞ indiyədək Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyib və cəza tədbiri görməyib.
Lakin sonradan Azərbaycan ABŞ-nin Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu ölkənin təyyarələrinə öz hava ərazilərindən istifadəyə icazə verməklə kömək göstərdiyi üçün Konqres Prezidentə qanunun hüquqi qüvvəsini müvəqqəti dayandırmaq səlahiyyətini vermişdi. Təbii ki, ABŞ bu qanuna dəyişiklik etməklə birbaşa öz mənafeyinə uyğun addım atdı. Bundan əlavə, 2002-ci ildə Azərbaycan və ABŞ arasında Hərbi Əməkdaşlıq haqqında Saziş imzalandı. ABŞ ehtimal olunan  İranla müharibə üçün Azərbaycanı istifadə etmək istəyirdi. Lakin ABŞ-ın istəyi baş tutmadı. Çünki Azərbaycan öz siyasətində qonşuluq münasibətlərinə hər zaman önəm verib. ABŞ-ın buradakı məqsədi isə region dövlətləri arasında qarşılıqlı münasibətləri korlamaq, yeni münaqişə ocağı yaratmaq idi. 
ABŞ-ın və Qərbin ikili standartları və riyakarlığı onların həyata keçirdiyi siyasətlərində özünü açıq şəkildə büruzə verir. Belə ki, Birləşmiş Ştatlar da başda olmaqla əksər Qərb dövlətləri bir tərəfdən Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanı Moldovanın, Donbas və Krımı Ukraynanın ayrılmaz hissəsi hesab edir, həmçinin bu ölkələrə dəstək verir. Eyni zamanda, İsrailin özünü müdafiə hüququnu qəbul edən Qərb Azərbaycanın özünü müdafiə hüququna fərqli yanaşır. Yay ərzində Azərbaycanın Qarabağda kommunikasiyalar açması, yollar çəkməsi və s. baxmayaraq Qərb buna “blokada” donu geydirməyə çalışdı. Azərbaycan antiterror tədbirləri zamanı yalnız legitim hərbi hədəfləri zərərsizləşdirdi, mülki əhaliyə isə ziyan dəymədi. Amma ABŞ və Qərb dövlətləri buna da fərqli yamaşaraq Azərbaycanı iddiham etdi.
Bu gün də başda ABŞ və Fransa olmaqla Qərbin nüfuzlu dövlətləri ölkəmizə qarşı müxtəlif təzyiqlər edir. Belə ki, Fransanın Ermənistana silah-sursat verməsi, ABŞ və Fransanın yüksək rütbəli rəsmilərinin Ermənistana səfərləri, BMT-nin Təhlükəsizlik Şurasında ölkəmizə qarşı təzyiqlər, Fransanın militarizm siyasəti və arxadakı çirkin diplomatik oyunlar ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışılır. Bu addımların məqsədi isə hərbi qarşıdurma və gərginlik fonunda bölgədə möhkəmlənməkdir. Eyni zamanda, azərbaycanlılara qarşı ayrı-seçkiliklə və Azərbaycanın ünvanına əsassız ittihamlarla bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmaqdır. Azərbaycana qarşı təzyiq göstərməyə cəhd edən dairələr müxtəlif dövlətlərə və xalqlara qarşı dəfələrlə çoxsaylı cinayətlər törədiblər.

Azərbaycan bütün təzyiqlərə rəğmən təkbaşına torpaqlarını işğaldan azad etdi. Təbii ki, Azərbaycanın bu cür gücü ABŞ-ın, Fransanın və digər bu kimi dövlətlərin maraq və məqsədlərinə uyğun gəlmir. Ona görə də bu gün rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasındakı problemin həlli üçün ciddi səy göstərmir, əksinə birtərəfli möve nümayiş etdirir. 
44 günlük müharibədən sonra Azərbaycanda iqtidarla xalqın birliyinin gücləndiyini dərk edən ABŞ bu gün öz taktikasını dəyişib. ABŞ LGBT-dən, “feministlər”dən istifadə edərək milli dəyərlərə təhlükə yaradır, əxlaqsızlığı təbliğ edir. Həmçinin Vətən müharibəsindəki Qələbəni dəyərsizləşdirmək üçün “Müharibəyə yox” deyən şəxslərdən istifadə edir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə də bu qruplara vəsait ayırır. Bu qruplara  isə ermənipərəst, antitürk və antiAzərbaycan mövqeləri olan Samanta Pauer rəhbərlik edir.
ABŞ-ın indiki ikiüzlü siyasətindən Ermənistan faydalanacağını düşünürsə,  yanılır. ABŞ-ın siyasəti Yaxın Şərqdə olduğu kimi özündən başqa  heç kimə xeyir gətirməyəcək. ABŞ Ermənistanda “ikinci Ukrayna”ya yaratmağa çalışır. Ukraynanı Rusiya ilə müharibəyə təhrik edən, Kiyevi tamamilə özündən asılı vəziyyətə salmaq üçün silah və sursat tədarükü ilə manipulyasiya edən ABŞ faktiki olaraq bu gün Ukraynanı qurban verdi. On minlərlə ukraynalının ölümündən, şəhər və kəndlərin dağıdılmasından, ölkənin az qala 25 faizinin işğalından sonra ABŞ indi Ukraynanı öz ərazi işğalı ilə barışmağa məcbur etmək istəyir. Necə ki, Azərbaycanı 30 il torpaqlarının işğalı ilə barışmağa sövq etməyə çalışdı.
Ukraynanın qurban verildiyi bu müharibədə ABŞ külli miqdarda pul qazanır və mayeləşdirilmiş təbii qaz (LNG) ilə Avropa qaz bazarına tam nəzarət edir. 
Bundan əlavə, ABŞ Türkiyəni də “ikinci Suriya”ya çevirməyə çalışıb və 2016-cı ildə yaratdığı və maliyyələşdirdiyi FETÖ təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edib. Yalnız Türkiyə rəhbərliyinin qətiyyəti və xalqın dəstəyi sayəsində Türkiyə bu təhlükədən xilas ola bildi. Amma bu gün də Türkiyəyə qarşı mübarizə aparan terror təşkilatları birbaşa ABŞ-dan təlimat, silah və maliyyə alır.
ABŞ-ın Ermənistanı dəstəkləməsi və son günlər ölkəmizə qarşı artan təzyiqlərinin səbəbləri bir neçə aspektdən dəyərləndirilə bilər. Əvvəlcə cari ilin sentyabrın 11-də Ermənistanda ABŞ-la birgə keçirilən “EAGLE PARTNER 2023” hərbi təlimlərinə start verildi. ABŞ-ın rəsmilərinin Ermənistana səfərləri artdı. Ardınca  “Politico” nəşrinin məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken xəbərdarlıq etdi ki, Azərbaycan yaxın həftələrdə Ermənistana hücum edə bilər. Baş verən proseslərdən də aydın olur ki, ABŞ Ermənistanda möhkəmlənmək, ona yardım etmək üçün zəmin hazırladı. Beləliklə, guya Ermənistanın işğalı qorxusu fonunda ABŞ Azərbaycana yardımın dayandırılmasına qərar verdi.
Siyasi şərhçi: Elmir Səftərov