Sankt-Peterburq parlamentinin sədri: Heydər Əliyevin Rusiya üçün gördüyü işləri heç kəs unuda bilməz

Heydər Əliyev bizim ölkə Rusiyada görkəmli şəxsiyyət kimi qəbul olunur.

Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Sankt-Peterburqun Qanunvericilik Məclisinin-parlamentinin sədri Aleksandr Belski bildirib.
Onun sözlərinə görə, Sankt-Peterburqda, ümumilikdə Rusiyada Heydər Əliyev şəxsiyyətinə hər zaman isti yanaşılıb: "Heydər Əliyev bizim ölkədə görkəmli şəxsiyyət kimi qəbul olunur. Onun Rusiya üçün gördüyü işləri heç kəs unuda bilməz. Əlbəttə ki, Peterburq üçün bunun xüsusi əhəmiyyəti var. Çünki Heydər Əliyev Rusiya ilə məhz Peterburqdan tanış olub. O, burada təhsil alıb”.

Aleksandr Belski Peterburqun Qanunvericilik Məclisində açılan "Qəlbimin bir hissəsi Rusiyadadır" sərgisinin Heydər Əliyevin xatirəsinə ehtiram olduğunu söyləyib.

"Azərbaycan Respublikasının yenidən qurulması ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. O, müsbət dəyişikliklər üçün güclü vektor təyin etdi, xalqına mesaj verdi və bu, Azərbaycanın həyatını dəyişdi. Bu gün prezidentlər Vladimir Putin və İlham Əliyev, xalqlarımız arasında dostluq münasibətləri mövcuddur. Bu cür münasibətlər bütün çətinliklərin birgə həlli yollarını axtarılmasına kömək edir”, - deyə Peterburq parlamentinin sədri vurğulayıb.