Türkiyə və Braziliya XİN Qəzzadakı durumu müzakirə ediblər

Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Braziliya XİN-in baş katibi səfir Mariya Laura da Roça ilə Qəzzadakı vəziyyəti müzakirə edib.
Report Türkiyə XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər BMT-nin Cenevrə şəhərindəki inzibati binasında görüşüb.
“Görüşdə Qəzzadakı mövcud durum və humanitar yardım cəhdləri başda olmaqla ölkələrimiz arasındakı əməkdaşlıq xüsusları ətrafında fikir mübadiləsi aparılıb”, - xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.