ABŞ-ın və Britaniyanın Azərbaycandakı səfirləri görüşüb

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Böyük Britaniyadan olan həmkarı Fergus Auldla görüşüb.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib.
Səfir görüşdən çox məmnun qaldığını qeyd edib.
“Mən ərazilərin minalardan təmizləməsinə dair yardımımız daxil olmaqla, Azərbaycanda və Qafqazda paylaşdığımız məqsədlər üzərində birgə işləməyimizi səbirsizliklə gözləyirəm”, - səfir Mark Libbi vurğulayıb.