Prezidentliyə namizədlərin sayı 6-ya çatdı - Adlar

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin və Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədlikləri irəli sürülüb.
Axar.az xəbər verir ki, bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 6-ya çatıb.
Qeyd edək ki, bundan öncə Prezident İlham Əliyevin (Yeni Azərbaycan Partiyası), Fazil Mustafanın (Böyük Quruluş Partiyası), Elşad Musayevin (Böyük Azərbaycan Partiyası) və Zahid Orucun (Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri) prezidentliyə namizədliyi irəli sürülüb.