Fərəc Quliyev seçkilərlə bağlı qərar verdi

Milli Dirçəliş Hərəkatı Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməyəcək.
Bunu Modern.az-a açıqlamasında partiyanın sədri Fərəc Quliyev bildirib.
“Növbədənkənar seçkilərdə iştirak etmək üçün kifayət qədər imkan və resurlarımız yoxdur. Bu səbəbdən partiya öz namizədilə seçkidə iştirak etməyəcək. Lakin bu, seçkiləri boykot etmək mənasına gəlmir. Dairələrə, məntəqələrə nümayəndələrimizi göndərəcyik. Seçki kampaniyasını izləyəcəyik. Bununla bağlı partiyamızın ali qanunverici orqanı qərar qəbul edib”,- partiya sədri vurğulayıb.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri Qüdrət Həsənquliyevin, deputat Razi Nurullayevin namizədliyi irəli sürülüb.