AB-də bazarlıq: Orban vetonu götürməyə 30 milyard istədi

Macarıstan Baş naziri Viktor Orban Avropanın birliyini pozan və Rusiyanın maraqlarını qoruyan “Troya atı”dır.
Bunu Çexiyanın Avropa işləri naziri Martin Dvorjak deyib.
“Bu gün Orban intensiv və təəssüf ki, getdikcə daha effektiv şəkildə bu birliyi məhv edən və Ukraynaya məhəl qoymamalı olduğumuzu göstərməyə çalışan “Troya atı”dır”, - Dvorjak bildirib.
Onun sözlərinə görə, Orban veto hüququndan sui-istifadə etməklə Avropanı şantaj edir:
“Məncə, bunun əsl adı şantajdır. Düşünürəm ki, bu, Macarıstanın deyil, Rusiyanın maraqlarını qorumaq üçün vetodan sui-istifadədir”.

Mövzu ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən politoloq Elçin Xalidbəyli bildirib ki, Macarıstanın baş naziri Orban haqqında "Troya atı" olması ilə bağlı fikirlər yalnışdır:
“Əksinə Orban Avropa Birliyi daxilində praqmatik düşünməyi bacaran və gələcəyi praqnozlaşdırmağı yaxşı bacaran siyasi xadimdir. O, yaxşı bilir ki, hazırda ABŞ hərbi dəstək baxımından Ukraynanın  arxasından çəkilib. ABŞ-nin kəşfiyyat tərəfindən Avropa Birliyinin daxil edilən təbəqəsi Ukrayna-Rusiya müharibəsinin bütün xərclərini birliyin üzərinə yükləmək prosesinə start verib. Buda birbaşa olaraq Ağ Evdən gələn tapşırıqar doğrultusunda həyata keçirilir. Orban baş verənləri yaxşı analiz etdiyi üçün Ukraynanın xərclərinin ABŞ-nin dəstəyi olmadan ciddi problem yaradacağını bilir. Bu  səbəbdən də onlar Ukraynanın AB-yə üzv olmasına qarşıdırlar”.

Politoloq  Macarıstanın hazırda ciddi maliyyə problemləri olduğunu söyləyib:
“Onlar da maliyyə resurslarını AB-dən gözləyir, lakin lazımi dərəcədə kömək görmür.  Hətta Macarıstan veto hüququnu qaldırmaq üçün AB-dən 30 milyard avro məbləğində maliyyə dəstəyi istəyib, birlik isə 10 milyard təklif edib. Hazırda belə bir bazarlıq aparılır. Yəni Macarıstanın istəyi Rusiyanı dəstəkləmək deyil. Orban ölkəsinin mənafeyinə uyğun şəkildə davranır”.