Elxan Şahinoğlu: Artikadakı ərazilər uğrundan mübarizə son illər daha çox qızışıb

ABŞ Arktikadakı ərazisini genişləndirib.
 Bu barədə “Bloomberg” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ kontinental şelfin bir hissəsini genişləndirib ki, bu da Arktikada və Berinq dənizində olan hissənin davamıdır.
Bu ərazi Kanada və Rusiya tərəfindən də iddia edilən bir milyon kvadrat kilometr sahəni əhatə edir. ABŞ, həmçinin Atlantik və Sakit Okeanında, eləcə də Meksika körfəzindəki rəfin sərhədlərini də elan edib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Elxan Şahinoğlu söyləyib ki, Artikadakı ərazilər uğrundan mübarizə son illər daha çox qızışıb: 

“Rusiya daha böyük ərazilərə idialıdır. Danimarkanın da sözügedən ərazilərə marağı artıb. Çünki dünyanın bu hissəsində yeraltı zənginliklər var. həmçinin neft-qaz araşdırmaları davam edir. Onun üçün ölkələrin maraq toqquşması yaşanır. Bəzən hərbi təyyarələrin uçuşuda dövlətlərarası münasibətlərdə gərginlik yaradır. Rusiyanın, NATO-nun təyyarələri, böyük buzqıran gəmilərinin fəaliyyətləri  digər tərəflərdə narazıçılıq doğurur. Hətta Çinin də bu ərazi ilə bağlı böyük maraqları var. ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən, Çinin şirkətləridə sanksiyalarla üzləşdilər. Amerika əlbəttə ki, dünyanın supergücü olaraq müxtəlif qitələrdə güclənməyə çalışır. Bu konteksdə əldə olunan ərazilər onlara böyük kömək olacaq”