Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 nəfərin səlahiyyətli nümayəndələri qeydə alınıb

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb.
Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Müzakirələrdən sonra prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.