Deputat: Sərhədlərin müəyyənləşməsi sülh müqaviləsindən sonraya saxlanmalıdır

Təklif normal və məntiqlidir



  "Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, o cümlədən kommunikasiyaların açılması və anklav kəndlər məsələsi çox önəmlidir". 
Sherg.az xəbər verir ki, bu barədə millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. 
Deputat bildirib ki, bu məsələlərin müzakirəsi xeyli zaman tələb etdiyi üçün sülh müqaviləsindən sonraya saxlanmalıdır: 
"Bu təklifi normal və məntiqli hesab etmək olar. Amma məlum olduğu kimi, Ermənistanda buna dəstək verənlərlə yanaşı, qarşı çıxanlar da var. Bu da ondan xəbər verir ki, Ermənistanda Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkün qədər ləngitmək, prosesi yubatmaq təşəbbüsləri ortadadır. Sülh müzakirələrinə qarşı çıxış edənlər revanşist qüvvələr, keçmiş hərbi cinayətkarlar, "Qarabağ klanı"nı təmsil edən şəxslərdir. Həmin qüvvələr yeni müharibə, revanş istəyirlər. Erməni diasporası da məskunlaşdığı Qərb ölkələrində bu istiqamətdə fəaliyyət göstərirlər, hökumətlərə təsir göstərirlər. Ermənistanda yaşayan əhali erməni lobbisi üçün qurbanlıqdır. Yeni faciələrə səbəb olmaqla öz "genosid" mahnılarının ifasını davam etdirməyə çalışırlar. Problem odur ki, İrəvan hökuməti də birmənalı addımlar atmır. Hökumət nümayəndələrinin də bəyanatları bəzən bir-birinə zidd olur. Hakimiyyət qorxudan bu oyunları oynayır".