Cümşüd Nuriyev: Seçkiyə "yox" deyənlər daimi şikayət edən "ev xanımları" statusundadırlar

"Cənab İlham Əliyevin seçkidə favorit olduğunu təkcə Azərbaycandakı siyasəçilər deyil, dünya da qəbul edir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz adını dünyanın siyasi-hərbi tarixinə yazdırdı".
Bunu "Sherg.az"a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. 
Professor bildirib ki, İlham Əliyev bundan sonra heç nə etməzsə belə tarixi qələbə və uğurlar ona bəsdi: 

"Növbədənkənar prezident seçkilərində namizəd olmaq istəyənlər arasında şəxsən tanıdığım, hörmət etdiyim adamlar, millət vəkilləri, keçmiş və indiki partiya sədrləri mövcuddur. Şübhə yox ki, hər partiyanın öz siyasi maraqları var və onu təmin etmək üçün seçkiyə qoşulurlar. Seçkiyə "yox" deyənlər, boykot edənlər isə ümumiyyətlə Azərbaycanın siyasi həyatında yoxdurlar. Onlar hər şeyi daimi şikayət edən "ev xanımları" statusundadırlar. Özləri parlamentdə olanda seçkiləri saxta saymırdılar. Nə vaxt ki özləri seçilmədi, seçkilər "saxtalaşdırıldı". Kantın fəlsəfəsi ilə yaşayırlar, onlar varsa, dünya var, yoxdurlarsa, dünya da yoxdur. Cənab İlham Əliyev seçkinin favorit namizədidir və yüksək səslə yenidən seçiləcəyi şübhəsizdir. Seçkilər tam şəffaf və demokratik şəraitdə keçiriləcək".