Mirzoyan: Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən irəliləyiş var

Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən irəliləyiş var.
APA “Sputrnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı Yorqos Gerapetritislə keçirdiyi mətbuat konfransında deyib.
O bununla yanaşı, bəzi təkliflər üzrə geriləmə olduğunu da söyləyib.
“Bəli, deyərdim ki, biz Azərbaycanın təkliflərində mətnin müəyyən bəndləri üzrə məzmun baxımından müəyyən geriləmə, eyni zamanda, bir sıra digər sahələrdə müəyyən irəliləyiş görürük”, - Mirzoyan bildirib.
Nazir Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən monitorinq misisyasını isə stabillik faktoru adlandırıb.