Azərbaycan Könüllü Təşkilatları İttifaqı növbədənkənar Prezident seçkilərinə fəal şəkildə hazırlaşır

Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezident seçkiləri keçiriləcək.
 Vətəndaş vəzifəsi və məsuliyyətini dərk edən Azərbaycan könüllüləri seçki prosesinə töhfə vermək məqsədilə seçki qanunvericiliyinə uyğun olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqının təmsilçiləri qismində seçkilərin müşahidəsində iştirak etmək niyyətindədirlər. 
Sherg.az xəbər verir ki, bununla bağlı könüllülərin siyahısı hazırlanıb və qaydalara uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
 Qeyd edək ki, aktiv seçki hüququna malik olan, 18 yaşına çatmış və seçki gününə qədər 18 yaşı tamam olan Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə müşahidəçi qismində iştirak edə bilər.
 İttifaq olaraq bütün Azərbaycan Könüllülərini və gənclərini fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində səsvermədə fəal iştirak etməyə dəvət edirik.