"AB missiyasının himayəsi" ilə yerləşdirilmiş muzdlular... - XİN

Avropa Birliyinin ali nümayəndəsi Jozep Borrellin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur.
Bu barədə XİN-in Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları ilə bağlı şərhində bildirilib.

Qeyd olunub ki, “Avropa Birliyi missiyası” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir.