Qurbanov ötən gün öldürülən Mehmanı niyə işdən çıxarmışdı?
Yusif Nəzərli
07:04 14.02.2024
Hadisə
494
Ötən gün oğlu tərəfindən öldürülən 52 yaşlı Mehman Əhmədov barədə yeni faktlar məlum olub.
Sherg.az Yenisabah.az-a istinadən xəbər verir ki, M.Əhmədovun indiyə kimi müxtəlif vəzifələrdə çalışdığı bildirilib.
Məlumata görə, onun sonuncu iş yeri Azərbaycan Dəmir Yolları QSC olub. Mehman Əhmədov 2022-ci ilə kimi Azərbaycan Dəmir Yolları QSC-də, İnfranstruktur departamentinin təsərrüfat sektorunun müdiri vəzifəsində çalışıb.
Bildirilib ki, o, bu qurumun sabiq rəhbəri Cavid Qurbanovun ən etibarlı kadrlarından biri olub. Buna görə də çalışdığı QSC-də əsas söz sahiblərindən sayılıb, bir çox təyinatın gerçəkləşməsində bilavasitə rol oynayıb. Lakin bir müddət sonra Cavid Qurbanovla aralarında soyuqluq yaranıb. Buna görə də 2022-ci ildə Cavid Qurbanov onu ixtisara salaraq, QSC-dən uzaqlaşdırıb. Amma Rövşən Rüstəmov 26 oktyabr 2022-ci ildə Azərbaycan Dəmir Yolları QSC-nin sədri təyin edilməsindən sonra Mehman Əhmədova yenidən əməkdaşlıq təklif olunub. Yeni sədr köhnə kadrı öz komandasında görmək istəsə də, Mehman Əhmədov bundan imtina edib.
Keçmiş iş yoldaşları Mehman Əhmədovu imkanlı və xeyirxah adam kimi xatırlayırlar. Onların sözlərinə görə, mərhum hələ məmur işləyərkən ciddi biznes şəbəkəsinə sahib olub.
Məlumatlara görə, işdən çıxandan sonra Mehman Əhmədova ayrı-ayrı dövlət qurumlarından müxtəlif vəzifələr təklif olunub. Amma o, bizneslə məşğul olmağa üstünlük verərək, bu təkliflərdən mədəni şəkildə imtina edib.
Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı, qardaşı - 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bacısı - 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədova və onun azyaşlı övladını qətlə yetirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media