Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Münxendə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb.

APA xəbər verir ki, fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub.