Səfir: Azərbaycanın kifayət qədər mürəkkəb qonşuluğu var

Azərbaycanın kifayət qədər mürəkkəb qonşuluğu var.
Bunu “APA-Economics”ə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
Səfir qeyd edib ki, bu baxımdan, digər sahələrdə olduğu kimi, hərbi sektorda da kibertəhlükəsizlik çox önəmlidir.
“Prezident İlham Əliyev də bildirib ki, kibertəhlükəsizlik Azərbaycan üçün əsas prioritetdir” - Fergus Auld deyib.
O bildirib ki, hazırda kibertəhlükəsizliklə mübarizə aparmaq üçün Azərbaycan tərəfindən lazımi addımlar atılır: “Böyük Britaniya tərəfindən ilk dəfə olaraq Azərbaycanda təşkil olunan kibertəhlükəsizlik sərgisində 4 aparıcı şirkətimiz təmsil olunur. Belə bir sərginin təşkil olunmasında məqsəd müxtəlif sahələrdə kibertəhlükəsizliklə mübarizədə Azərbaycana dəstək olmaqdır”.