Peter Siyarto: Azərbaycan və Macarıstan əməkdaşlıqda uğura nail olub

Azərbaycan və Macarıstan müxtəlif sahələrdə əməkdaşlıqda uğura nail olub.
Bunu Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyarto Azərbaycan Respublikası hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşü zamanı bildirib.

Nazir artıq Azərbaycan qazının Macarıstana çatdığını xatırladıb.