ABŞ-da Bakı və İrəvan arasında müzakirə keçirilir

ABŞ-ın Atlantik Şurasında “Ermənistan və Azərbaycan həqiqətən sülh astanasındadırmı?” mövzusunda müzakirə keçirilir.

Axar.az xəbər verir ki, müzakirələrin spikerləri ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Herbst, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik, Amerika Erməni Assambleyasının icraçı direktoru Brayan Arduni, Handson İnstitutunun baş elmi işçisi Lyuk Koffi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Esmira Cəfərovadır.