Putin İlham Əliyevlə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Dövlət başçıları arasında görüşün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammiti çərçivəsində baş tutacağı bildirilib.