1877-1878 Rusiya-Osmanlı müharibəsində ruslara dəstək vermək üçün silahlanan erməni quldur dəstələri gizlicə Ərzurumun Əziziyə qalasına girirlər. Onlar qalaya keşik çəkən türk əsgərlərini yuxuda ikən qılıncdan keçirirlər. Bu vaxt arxadan gələn rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qalanı ələ keçirirlər. Sağ qalan türk əsgərlərindən biri qalanın ələ keçirildiyini Ərzurumlulara çatdırır.
Ərzurumlular cavan-yaşlı, qadın-kişi hər kəs silaha sarılaraq tüfəng, balta nə varsa, bir yerə yığışmışdılar. O zamanlar 20 yaşlarında gənc bir gəlin olan Nənə Xatun azyaşlı oğlu və 3 aylıq qızını evdə qoyub "Balam anasız böyüyər, amma vətənsiz böyüməz" deyərək vətənin müdafiəsinə qalxır. Türklər ölümə meydan oxuyaraq Əziziyə qalasına doğru hücuma keçirlər. Qalada məskunlaşan rus əsgərləri gələn insanlara yaylım atəşi açırlar. Ön cərgədə olanlar həmin an şəhid oldular. Lakin türklər geri çəkilməyərək bir ovuc adamla Əziziyə qalasının dəmir qapısını sındıraraq içəri girir. Baş verən döyüşdə ərzurumlular əlləri ilə 2000-dən çox rusu öldürürək qalanı geri alır. Döyüşlərdə türklərdən 1000 nəfər şəhid olur.
Nənə Xatunun vətən mübarizəsi düşmənlər Ərzurumdan qovulana qədər davam etdi. O, Ərzurumda silah-sursat daşımaqla, yaralılara qulluq etməklə, yemək bişirməklə, su paylamaqla, xidmətdən-xidmətə qaçmaqla əfsanəyə çevrildi.