Rövnəq Abdullayev və Elman Rüstəmov da namizəd olacaq

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısı ilə bağlı müzakirələr artmaqdadır.
Sherg.az Gununsesi.info-ya istinadla xəbər verir ki, YAP-ın namizədləri siyahısına yeni isimlər əlavə olunub.
Bunlar Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri Elman Rüstəmov və İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevdir.
Məlumata görə hər iki şəxs YAP-ın deputatlığa namizədləri kimi elan olunacaq.
Rövnəq Abdullayevin 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi irəli sürüləcək.
Elman Rüstəmov gəlincə, onun da namizədliyi 120 Saylı Cəbrayıl Seçki Dairəsindən elan olunacağı deyilir.