Müsavatda seçkiylə bağlı fikir ayrılıqları yaranıb

Bu gün Müsavat Partiyası Ali Məclisinin sessiyası keçiriləcək.
Sherg.az Bakupost.az-a istinadən xəbər verir ki, toplantıda Müsavatın qarşıdakı növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmaması müzakirə ediləcək.
“AzPolitika”-ya partiya daxilindəki mənbələrin verdiyi məlumata görə, Müsavat Məclisinin partiyanın ən azı seçkinin birinci mərhələsində iştirakına qərar verəcəyi gözlənilir. Son qərar isə imzatoplama və namizədlərin qeydə alınması mərhələsindən sonraya saxlanacaq. Əgər bu mərhələdə problemlərlə üzləşərsə, partiyanın seçkilərdən geri çəkiləcəyi bəyan olunacaq.