Yeni Zaman Partiyası seçki qərargahı yaradıb

Yeni Zaman Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməklə bağlı qərar verib.
“Sherg.az" xəbər verir ki, partiyanın Mərkəzi Şurası sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməklə bağlı qərar verib.
Seçkilərdə iştirak Mərkəzi Şuranın bütün üzvləri tərəfindən dəstəklənib.
Deputatlığa namizədlərin irəli sürülməsi səlahiyyətini partiya Mərkəzi Şuraya həvalə edib.
Yeni Zaman Partiyası seçki qərargahı yaradıb.