Tikinti qazıntıları zamanı tarixi hamam tapılıb: Roma dövrünə aiddir

Bolunun tarixi yaşayış massivlərindən biri olan və 3-cü dərəcəli mühafizə zonası sayılan Akpınar məhəlləsində Mumcuoğlu küçəsindəki boş torpaq sahəsində yaşayış binasının tikintisi üçün təməl qazıntı işləri aparılıb.

Sherg.az xəbər verir ki, özəl şirkətin təşəbbüsü ilə aparılan tikinti işləri zamanı tarixi tikililərin qalıqları aşkar edilib.

Vəziyyət barədə  Bolu Mədəniyyət və Turizm Müdirliyi Muzey Müdirliyinə məlumat verilib.

Muzeyə bağlı arxeoloqlar tərəfindən aparılan araşdırmalardan sonra ərazidə ətraflı arxeoloji qazıntılara başlanılıb.
Təxminən bir aya yaxın davam edən qazıntılar zamanı Roma dövrünə aid olduğu düşünülən hamam aşkar edilib.

Hamamda əl işi keramika əsərlərinin olduğu bildirilib. Arxeoloqların sahədəki işləri davam edir.