Azərbaycan Serbiyanı COP29-a dəvət edib

Azərbaycan Serbiyanı COP29-a dəvət edib.

APA xəbər verir ki, iki ölkənin ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sözügedən dəvətlə qarşı tərəfə müraciət edib.

“Fürsətdən istifadə edərək, Serbiyanı bu ilin noyabrında paytaxt Bakıda keçiriləcək COP29-a dəvət edirik”, - deyə o bildirib.