
Ukrayna taqətdən düşüb, təslim olur? -ANALİZ
Ukrayna taqətdən düşüb, təslim olur? -ANALİZ
09:08 30.07.2024
Dünya
610
Danışıqlar masasında şərtləri birmənalı olaraq Rusiya diktə edəcək
Zelenski hakimiyyəti də bu problemi görməyə başlayıb və nəticələrinə hazırlaşmaq niyyətinə düşüb
Ukrayna 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya ictimai televiziyasına (NHK) müsahibəsində bildirib.
O, administrasiyası və diplomatik komandası qarşısında belə vəzifə qoyduğunu vurğulayıb. Zelenski Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək göstərilməsinin, eləcə də Rusiyaya qarşı beynəlxalq diplomatik təzyiqlərin münaqişəni ədalətli nəticəyə gətirəcək üç komponent olduğunu söyləyib. ABŞ mediası isə yazır ki, ilin sonuna kimi Ukrayna Rusiyaya təslim ola bilər. “Washington Post” qəzetinin məlumatına görə, Rusiya ordusu Donetskin bütün ərazilərində irəliləyir və Donbasın tamamilə süquta uğraması ehtimalı var.
Ukraynalı komandir Aleksandr Pokoronke “Washington Post”a məlumat verib ki, Rusiya Ukraynanın bütün əlaqə sistemlərini məhv edib: “Biz dayanmalıyıq, Pokrovsk düşsə bütün Donbas ciddi təzyiq altında olacaq. Rusiya komandanlığı var gücü ilə bütün istiqamətlərdə hücuma keçib və biz mühasirəyə düşə bilərik".
"Washington Post”un xəbərindən də göründüyü kimi Ukrayna cəbhəsində hazırkı vəziyyət Rusiyanın xeyrinə dəyişir.
Maraqlıdır, ilin sonuna kimi Ukrayna Rusiyaya təslim olacaq, yoxsa Zelenski hədəflərinə çatacaq?
Politoloq Elçin Xalidbəylinin “Sherg.az”a açıqlamasına görə, Rusiya- Ukrayna müharibəsinin ilin sonlarına qədər yekunlaşması iddiaları artıq inandırıcı görünür. O deyib ki, Bayden Administrasiyası və onun NATO-dakı, Avropa Birliyindəki müttəfiqləri Ukraynaya yetərli səviyyədə hərbi dəstək göstərmirlər:

“Müasir və həlledici silahları ya vermirlər, ya da onun Ukraynaya çatdırılması prosesini bilərəkdən uzadırlar. ABŞ, NATO və Aİ-nin Kiyevə hərbi-texniki və maliyyə dəstəyi Ukrayna ordusunun döyüşlərdə qələbə çalması üçün yetərli deyil.
Müharibənin gedişində isə Ukrayna ordusu həm hərbi texnika, həm də canlı qüvvəsini itirir. Ukraynanın insan resursları isə itkiləri bərpa eləmək üçün yetəri səviyyədə deyil. Rusiya əhalisi isə bir neçə dəfə Ukraynadan çox olduğundan insan resursları baxımından elə bir ciddi problem yoxdur. Bu faktor isə Ukrayna üçün olduqca ciddi məsələdir, ordunun müəyyən ərazilərdən geri çəkilməsinə vadar edir”.
E.Xalidbəyli vurğulayıb ki, bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticəsi Ukrayna üçün daha ağır situasiya vəd edir. Əgər prezident seçkilərində Donald Tramp qalib gələrsə, onun hakimiyyəti dövründə Vaşinqtonun Ukraynaya dəstəyi dayandırılacaq:
“Maddi və texnikin dəstəyin dayandırılacağını Tramp indidən bəyan etməkdədir. ABŞ-dən sonra isə Aropa Birliyi və NATO da Ukraynaya dəstəyi dayandırmalı olacaq. ABŞ-nin avanqard mövqeyi və liderliyi olmadan, nə Aİ, nə də NATO Ukrayna məsələsində müstəqil addım ata bilər. Onların Ukrayna savaşını maliyyələşdirəcəyi ehtimal edilmir. Zənnimcə, Zelenski hakimiyyəti də bu problemi görməyə başlayıb və nəticələrinə hazırlaşmaq niyyətinə düşüb. Mövcud vəziyyətdə Ukrayna üçün başqa çıxış yolları görünmür”.
Ukrayna hakimiyyətinin Rusiya ilə danışıqlara getməyə məcbur qalacağını vurğulayan E.Xalidbəylinin dediyinə görə, bu danışıqlarda Zelenski hakimiyyətinin hansısa şərtləri diktə etmək imkanları da ciddi şübhə doğurur:
“Böyük ehtimalla, danışıqlar masasında şərtləri birmənalı olaraq Rusiya diktə edəcək. Artıq Moskva öz şərtlərini beynəlxalq ictimaiyyətə elan edib. Müharibə meydanında rus ordusu üstünlüyü qoruya biləcəyi təqdirdə Kreml yalnız öz şərtləri daxilində sülh sazişinin imzalanmasına razılıq verəcək. Bu indidən aydın görünür. Çox təəssüf ki, Ukrayna kimi önəmli, nəhəng bir MDB dövləti ABŞ, Aİ və NATO-nun güdazına getdi. Ukraynanın başına gələn bütün fəlakətlərdə və gələcəkdə yaşayacağı bütün uğursuzluğa görə əsas məsuliyyət kollektiv qərbin üzərinə düşür. Ukraynanı Rusiya ilə qarşıdurmaya məhz Qərb təhrik edib. Ona görə də Ukraynanın ağır və acınacaqlı vəziyyətə düşməsində, o cümlədən başına gələcək fəlakətlərdə əsasən Qərb güc mərkəzləri məsuliyyət daşıyır. Ukraynanın yenidən dirçəlməsi üçün onilliklər və yüzmilyardlarla dollar lazım gələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çinli gənc milyarder sərvətinin 90 faizini itirdi
19:55 21.11.2026
Dünya
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya