Meloni İtaliyanın Ukraynaya davamlı dəstəyini yeniləyib

İtaliyanın Baş naziri Corciya Meloni ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Ciorcia Meloni söhbət zamanı İtaliyanın ədalətli sülhün əldə olunması məqsədilə rəsmi Kiyev və Ukrayna xalqı üçün təmin etdiyi dəstəyi bir daha təkrarlayıb. Baş nazir İtaliyanın 2025-ci ildə Romada Ukraynanın Bərpası Konfransını təşkil edəcəyini xatırladıb.

İki lider, həmçinin Avropa Şurası çərçivəsində qarşıda duran diplomatik təşəbbüslər barədə də fikir mübadiləsi aparıblar.