"Ölkə üzrə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. Yerlərdə 3000 nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb".
APA xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
"Bələdiyyə seçkilərinə hazırlıqla bağlı bütün addımlar Mərkəzi Seçki Komissiyasının Təqvim Planına uyğun olaraq atılır. Yerlərdə namizədlərin irəli sürülməsi prosesi də davam edir. Ölkə üzrə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. Yerlərdə 3000 nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. Onların qeydiyyatı prosesinə artıq başlanılıb. Mərkəzi Seçki Komissiyası daim bu prosesi nəzarətdə saxlayır. İndiyədək hansısa xoşagəlməz hal ilə bağlı hər hansı müraciət daxil olmayıb", - MSK sədri vurğulayıb.