
Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Yusif Nəzərli
05:07 25.01.2025
Siyasət
523
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Rusiya Yaxın Şərqdə son dərəcə nüfuzlu oyunçu olaraq qalır. Onun sözlərinə görə, Moskva bu regionda mövqeyini itirməyib. Narişkin bildirib ki, Rusiya Yaxın Şərqdə təsiredici oyunçudur, ərəb dünyası və Türkiyə də bunu anlayır: "Ona görə də Rusiyanın Yaxın Şərqdəki mövqeyini itirməsi kimi bir məsələ yoxdur". Xatırladaq ki, bundan əvvəl xarici işlər naziri Sergey Lavrov da Rusiyanın Yaxın Şərqi tərk etmədiyini vurğulamışdı.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya həmişəki kimi özünü "sındırmaq" istəmir. Ekspertə görə, Suriyanın yeni rəhbərliyi ilə Rusiyanın Tartus və Xmeymində hərbi bazalarının yerləşməsi üçün razılıq əldə edilmədiyi bildirilir:

"Rusiya Əsəd rejimi ilə 500 milyon dollar icarə haqqı barədə müqavilə imzalasa da, buna əməl etməyib. Suriyanın yeni Dəniz Sərhəd Xidməti də Rusiyaya ərazini tərk etmək göstərişi verib. Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb. Rusiyanın bölgədə heç bir gücü yoxdur və bundan sonra olması ehtimalı azdır. Ümumiyyətlə, Rusiya Yaxın Şərqdə təmsil olunmur. Hansısa proksi qruplarla əlaqəsi ola bilər, amma bunun region üçün əhəmiyyətli təsiri yox səviyyəsindədir. Suriya elə bir strateji ərazidir ki, oradan bütün Yaxın Şərqə nəzarət etmək olurdu. Bu bölgədən Afrikaya da nəzarət etmək imkanları var. Rusiyanın isti dənizlərə çıxmaq arzusu isə hələlik əldən çıxıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya