Abbas Abbasov: BTQ kolonializmlə bağlı danışıqlarda vasitəçiliyə hazırdır

Bakı Təşəbbüs Qrupu kolonializm ilə bağlı danışıqlarda vasitəçi olmağa hazırdır.

APA xəbər veriri ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, BTQ fərqli beynəlxalq platformalarda, fərqli beynəlxalq təşkilatlarda müstəmləkə rejimlərinə qarşı mübarizəyə dəstək verməyə davam edir: ”Biz Bakı Təşəbbüs Qrupu olaraq kolonializmin yekunlaşdırılmasında danışıqlarda vasitəçi olmağa hazırıq”.