Nazir: Azərbaycanın D-8-ə üzv olması Pakistanla əməkdaşlıq üçün yeni perspektivlər açır

Azərbaycanın D-8-ə üzv olması Pakistanla ticarət, investisiya və iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açır.

APA xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Bakıda rəsmi qəbulda Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev deyib.

Nazirin sözlərinə görə, ötən il Azərbaycan Pakistanın da üzvü olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşulub və Azərbaycan təşkilat çərçivəsində iqtisadi əlaqələrini daha da genişləndirmək imkanı qazanıb:

”Azərbaycanın D-8-ə üzv olması digər üzv ölkələrlə, o cümlədən Pakistanla ticarət, investisiya və iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açır”.