
Şimali Kiprin TDT-yə qəbulu uzanır
Yusif Nəzərli
07:14 22.05.2025
Siyasət
492
Bəzi üzv dövlətlərin "Yavru Vətən"lə bağlı təqdirəlayiq addım atacağı ehtimalı azdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Şimali Kiprin TDT-yə qəbul olunmasını təklif edib. Ərdoğan TDT-nin Şimali Kiprsiz Türk dünyasını tam əhatə etməyəcəyini vurğulayıb: "Şimali Kipr Türk Cümhuriyyətinin yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatına qəbul etməsini arzulayıram".
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamədə də qeyd olunub ki, tərəflər türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirirlər. Həmçinin, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayırlar. Eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi qeyd edilib.

Ərdoğanın təklifi barədə fikirlərini "Sherg.az"a danışan AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Oruclu bildirib ki, Şimali Kipr Türk
Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundan tamhüquqlu üzvlüynə qəbul edilməsi türk dünyasının inteqrasiyası və bütövləşməsi yolunda atılacaq ən böyük və tarixi addım olardı. Analitikin fikrincə, Türkiyə və Azərbaycanın israrlarına baxmayaraq, digər üzv dövlətlər, Qazaxıstan, Özbəkistan və Qırğızıstan buna ehtiyatla yanaşır:
"Hər üç Mərkəzi Asiya respublikası ŞKTC-nin rəsmən tanınmasından və TDT üzvülüyünün Avropa İttifaqı ilə problemlərə gətirib çıxaracağından narahatdır. Cari ilin aprel ayında Daşkənddə keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya Sammitindən sonra Qərbin vəd etdiyi irihəcmli investisiya lahiyələri və müxtəlif təyinatlı proqramların maliyyələşdirilməsi Ankara-Bakı xətti ilə mövqelərdəki fərqliliyi daha da dərinləşdirdi. Özbəkistan, Qazaxıstan və Qırğızıstan Yunan Kiprinin ərazi bütövlüyünü və suverenliyini tanıması barədə mövqelərini dəqiqləşdirdilər. Nikosiyada diplomatik nümayəndələrini açdılar. Bu addım TDT daxilində müəyyən fikir ayrılığının, bəzi dövlətlərin öz milli maraqları kontekstindən çıxış etdiyini açıq şəkildə büruzə vermiş oldu. Azərbaycan və Türkiyə Mərkəzi Asiyanın türk dövlətlərindən fərqli olaraq hər şeyə rəğmən, kiprli türk qardaşlarının yanında olduqlarını dəfələrlə bəyan ediblər. Lakin hakimiyyət maraqlarının ümumi türk birliyi və gələcəyindən üstün tutulduğu bəzi üzv dövlətlərin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı təqdirəlayiq addım atacağını ehtimal etmirəm".
Ə.Oruclu təəssüflə vurğulayıb ki, bəzən ən xoş arzuların gerçəkləşdirilməsi o qədər də hamar və asan olmur:
"TDT ortaq dəyərləri və maraqları başlıca prinsip qəbul edibsə, o zaman həmin prinsiplər işləməli və “Yavru Vətən” də təşkilata tamhüquqlu üzv kimi qəbul edilməlidir. Bu cümhuriyyəti “Xristian Klubu”nun maraqlarına və ədalətsiz və birtərəfli siyasətə qurban vermək olmaz. Strateji və geopolitik baxımdan da Şimali Kipr Türk Cümhuriyyəti TDT üçün əhəmiyyət daşıyır. Son dövrlər Aralıq dənizində aşkarlanan zəngin karbohidrogen yataqları aşkarlanıb və bu, həmin bölgəyə diqqəti və marağı xeyli dərəcədə artırıb. Ona görə hesab edirəm ki, Mərkəzi Asiya Türk dövlətlərinin öz mövqeyinə yenidən baxacağına və ŞKTC-nin TDT-yə üzv qəbul edilməsi ilə nəticələnəcək".
Oxşar xəbərlər
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
00:10 08.08.2026
Vaşinqtonda tarixi dönüş: İlham Əliyev Cənubi Qafqazın yeni geosiyasi düzənini qurdu - ANALİZ
14:42 07.08.2026
Xəbər lenti
Hamısına bax
Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı
02:50 08.08.2026
İqtisadiyyat
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region