5 min üzvü bir araya gətirmək çətin məsələdir
Yusif Nəzərli
03:38 15.03.2023
Siyasət
526
Böyük ehtimalla bir neçə siyasi partiya fəaliyyətini dayandıracaq
Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların əksəriyyəti “Siyasi partiyalar haqqında” yer alan tələblərə uyğunlaşmaq üçün ciddi hazırlıq görürlər. Təbii ki, bütün partiyalar haqqında bunu söyləmək qeyri-mümkündür. Yeni qanunda əksini tapmış kriteriyalara cavab verməyən, şərtlərə əməl etmək imkanlarına malik olmayan siyasi qurumlar da az deyil. O səbəbdən bəzi partiyaların bundan sonra fəaliyyət göstərib-göstərməyəcəyi, bir sıra partiyaların isə birləşəcəyi müzakirə mövzusudur.
Xatırladaq ki, qanun layihəsi qəbul olunmazdan öncə dəfələrlə ictimai müzakirə keçirildi və siyasi partiyaların bəzi təklifləri nəzərə alındı. Lakin partiyalar üçün problem yaradacaq məqamlar qaldı. Onlardan biri də qanunun tələbinə uyğun olaraq müəyyən olunmuş vaxtadək 5 min üzvün imzasını və məlumatlarını reyestrə təqdim etməkdir. Qanunun tələblərinə riayət etməyən partiyaların məhkəmə vasitəsilə fəaliyyətinin dayandırılması, ləğvi barədə yeni qanunda müddəa var. Partiyaların yenidən qeydiyyatı üçün ən azı 5 min üzvün tələb olunması kiçik təşkilatların taleyini sual altında qoyur.
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu "Şərq"ə açıqlamasında deyib ki, uzun müddət siyasətdə olanlar hansı partiyada durumun necə olmasından xəbərdardır. KXCP rəsmisi vurğulayıb ki, bəzi partiyalar mövcud qanunun tələblərini yerinə yetirmək gücündə deyil:
"5 min üzvun toplanması asan məsələ deyil. Dövlət qeydiyyatından keçən, fəaliyyət göstərən partiyalar belə tələb olunan normativləri icra etməkdə çətinlik yaşayırlar. Bu da əsasən mövcud siyasi vəziyyətlə əlaqədardır. İnsanlarımızda siyasətə, siyasi qurumlara maraq çox azdır. Vətəndaşlar bu və ya digər səbəblərdən partiyalara üzv olmaq istəmirlər. Cəmiyyətimizdə siyasi aktivlik olmadığı üçün partiyalarda üzvlüklə bağlı böhran yaşanır. Buna rəğmən, düşünürəm ki, kifayət qədər partiya qanunun tələblərini yerinə yetirəcək və tələb olunan üzvlərin məlumatlarını reyestrə təqdim edəcək. Sadəcə məsələ ondadır ki, 5 min üzv barədə təməl bilgilərin toplanması əlavə vaxt və ciddi çalışma tələb edir. Nəzərə alaq ki, partiyalar dövlət qurumu deyil, onların əllərində hakimiyyət resursları yoxdur. Ona görə də qısa müddətdə nəticə əldə etmək imkansızdır. Hər siyasi qurumun rəhbərliyi öz imkanlarını, resurslarını hamıdan yaxşı bilir. Əgər bəri başdan yetərli üzvə sahib olmaq imkanlarının olmadığı qənaətinə gəlirlərsə, partiyanın buraxılması haqqında qərar verirlər. Görünür, bir neçə siyasi partiya fəaliyyətini dayandıracaq. Ən optimal yol o idi ki, partiyaların hamısına seçkidə iştirak imkanı yaradılardı və barajı keçə bilməyənlər avtomatik ləğv olunmuş sayılardı".
Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov isə "Şərq"ə bildirib ki, qanuna edilən mürəkkəb dəyişiklikləri obyektiv zərurət diktə etmirdi. Partiya təmsilçisi hesab edir ki, bir çox əlavə və dəyişikliklər siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa, nəzarət altına almağa yönəlib:
"Təəssüf ki, qanunun qəbulunda ictimai müzakirələrdə səslənən fikirlər tam nəzərə alınmadı. Artıq qanun qəbul olunub və biz fəaliyyətimizi ona uyğun qurmağa məcburuq. ADP-də imza ilə əlaqədar iş başlayıb. Partiya sədrinin müavinləri Taliyyət Əliyev və Nizami Məmmədzadə bu işə bilavasitə rəhbərlik edirlər. Hesab edirəm ki, qeyri-qanuni maneələr yaradılmasa, nəzərdə tutulan vaxtda proses uğurla yekunlaşacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual