Azərbaycan imzasına sadiqdir-POLİTOLOQ
13:40 17.11.2023
Siyasət
401
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Gürcüstanın tranzit biznesinə mənfi təsir göstərməyəcək.
Bunu Dubayda keçirilən "Xəzər Həftəsi Forumu 2023" tədbirində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
"Gürcüstandan olan dostlar narahatdırlar ki, Zəngəzur dəhlizi onların tranzit biznesinə mənfi təsir göstərəcək. Amma bu doğru deyil. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə logistik marşrutların əksəriyyəti Cənubi Qafqazdan keçəcək və bu da hamı üçün əlverişlidir", - sabiq səfir vurğulayıb.
O qeyd edib ki, Zəngəzur dəhlizi regionun əsas oyunçularının tranzit potensialını artıracaq:
"Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün imkanlarla yanaşı, Naxçıvanın inkişafına da təsir göstərəcək".
Mövzu ilə bağlı “Sherg.az” a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Metyu Brayzanın dedikləri həqiqətdir:
“Azərbaycan öz imzasına və dediklərinə sadiq olan ölkədir. Azərbaycan tranzit ölkə olaraq bu günə qədər Gürcüstan yolundan istifadə edib. Bölgədə tamamilə başqa konteksdə oyunlar gedir. Azərbaycan yolun çəkilməsi ilə bağlı İranla razılaşma əldə edib. Sadəcə yolun İrandan keçməsi Avropa tərəfindən qəbul olunmur. Bu səbəblə Avropa ölkələri xüsusəndə Fransa Gürcüstana təzyiq edir. Gürcüstan prezidenti Fransada doğulub və orada böyüyüb. Hazırda onun müstəqil siyasət yürüdə bilmədiyinin şahidiyik. Gürcüstanın Zəngəzur dəhlizi açıldıqdan sonra logistik marşurutların Cənubi Qafqazdan keçəcəyi və bunun onların tranzit biznesinə mənfi təsir edəcəyi yönündəki fikirləri tamamilə yalnışdır. Əksinə bu yolla tranzit əlaqələr daha da şaxələnəcək. Ümumi bölgə dövlətlərinin iqtisadiyyatlarına müsbət yöndə təsir edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region