Azərbaycan-Qırğızıstan qardaşlığı: TDT güclənir
08:06 24.11.2023
Siyasət
559
Bişkek Qırğızıstan-Azərbaycan fondunun fəaliyyətinə böyük ümid bəsləyir.
Bu barədə Qırğızıstan Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdrahmanov “Trend”ə bildirib.
O, avqust ayında Azərbaycan və Qırğızıstan hökumətlərarası komissiyası çərçivəsində növbəti görüşün keçirildiyini xatırladıb.
“Biz bu görüşün protokollarına əsas istiqamətləri daxil etdik və nizamnamə kapitalı 25 milyon ABŞ dolları olan Qırğızıstan-Azərbaycan fondunun yaradılması yolu ilə birgə layihələrin maliyyələşdirilməsi mexanizminin yaradılması barədə razılığa gəldik”, - deyə Abdrahmanov bildirib.
Nazir müavininin sözlərinə görə, qərargah Bişkekdə yerləşəcək və yaxın vaxtlarda fondun İdarə Heyətinin üzvlərinin növbəti iclasının keçirilməsi gözlənilir ki, burada iqtisadi məqsədəuyğunluq, səmərəlilik, geri ödəmə və təxirəsalınmazlıq tələblərinə cavab verən layihələrin gələcək birgə maliyyələşdirilməsi müzakirə olunacaq.
“Biz artıq əsas daxili normativ sənədləri və Qırğızıstan-Azərbaycan fondunun hansı sahələrə diqqət yetirəcəyini müəyyən etmişik”, - deyə Kanat Abdrahmanov sözlərini yekunlaşdırıb.
Azərbaycan və Qırğızıstan münasibətlərinin inkişaf etdiyini bildirən siyasi şərhçi Turan Rzayev "Sherg.az"a söyləyib ki, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Türk Dövlətləri Təşkilatı fonunda kifayət qədər müsbət əlaqələr yaranıb:
"Türk dövlətləri içərisində Qırğızıstan ən kasıbı sayılır. Ölkə daxilindəki işsizlik və iqtisadi çətinliklərə görə Qırğızıstan ölkəsində ciddi insan köçü var. Həmin şəxslər Rusiyada işləyib qayıdanlardır. Hətta iqtisadi vəziyyətinə görə Qırğızıstanın Rusiyaya birləşdirilməsi məsələsi gündəmə gətirilmişdi. Azərbaycan və Türkiyə xüsusilə Qırğızıstanın dirçəlməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatında güclənməsi istiqamətində fəal xarici siyasət yürüdürlər. Nəzərə almaq lazımdır ki, Qırğızıstan kifayət qədər geniş strateji məkanda yerləşir. Həm Fərqanə vadisi, həm Çinə yaxınlığı baxımından önəmli bir nöqtədədir. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsi çərçivəsində önəmli mərkəz nöqtələrdə iqtisadi maraqları var. Qırğızıstan da belə yerlərdən biridir. Bu fondun yaradılması həm Qırğızıstanın iqtisadi inkişafına səbəb olacaq, həm də iki ölkə arasında münasibətlərin normallaşmasına və daha da güclənməsinə gətirib çıxaracaq. Həmçinin, bu fondun yaradacağı yeni dividentlər sayəsində Azərbaycan Çin ilə ticarətini Qırğızıstan üzərindən artıra bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya