Azərbaycanla Gürcüstan arasındakı münasibətlər strateji tərəfdaşlıq əsasında qurulub -RƏY
10:24 22.07.2025
Siyasət
460
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbərini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında geniş tərkibdə və təkbətək görüş olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.
"Borçalı" İctimai Birliyinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli Sherg.az-a bildirib ki, iki dövlət arasındakı münasibətlər strateji tərəfdaşlıq əsasında qurulub:
"Azərbaycan və Gürcüstan arasındakı imzalanan sazişlər, bəyannamələr və real durum bunu təsdiq etməkdədir. Görüş zamanı strateji əməkdaşlıq və regional layihələr- BTC, Cənub Qaz Dəhlizi, yaşıl enerji və Qara dəniz kabel layihəsi, Bakı–Tbilisi–Kars dəmir yolu, Orta Dəhliz və Qara dəniz limanları, ticarət dövriyyəsinin artırılması, sərmayə layihələri, gömrük və logistikanın sadələşdirilməsi müzakirə mövzusu ola bilər. Eyni zamanda regional təhlükəsizlik və diplomatik dialoq, Ermənistan–Azərbaycan sülh prosesində Gürcüstanın vasitəçilik rolu və kommunikasiya xətləri,
enerji və nəqliyyat infrastrukturunun kiber və fiziki mühafizəsi, xarici təsirlərə qarşı koordinasiyalı fəaliyyətnin müzakirəsi mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə